"34 nömrəli məktbədə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası ilə bağlı vətəndaş müraciəti edilib. Müraciət əsasında həm Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, həm də hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır".
Bunu APA-nın sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildiriblər.
Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcəyi vurğulanıb.
Qeyd edək ki, Gəncə şəhərində yerləşən Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdə müəllim 5-ci sinif şagidini döyməsi ilə bağlı mediada xəbərlər yayılıb.
Günay Elşən