Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda istehlakçılara 230,3 milyonmanat dəyərində içki və tütün məmulatları satılıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.
Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 4,2 milyonmanat və ya 1,8% çoxdur.
İçki və tütün məmulatları üzrə ticarət dövriyyəsinin yekundaxüsusi çəkisi 4,7% təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar ayında pərakəndə ticarətşəbəkəsində istehlakçılara 4,8 milyard manatlıq, o cümlədən, 2,6milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,2,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
2024-cü ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarətdövriyyəsi real ifadədə 3,7%, o cümlədən, ərzaq məhsulları, içkilərvə tütün məmulatları üzrə 1,8%, qeyri-ərzaq malları üzrə 6,1%artıb.