AZ

Depoziti olanların DİQQƏTİNƏ: Bunlara QƏTİYYƏN İNANMAYIN!

“Bir sıra böyük bankların mobil tətbiqlərində son dövrlərdə aktivləşdirilən əmanət yerləşdirmək funksiyasına vətəndaşlar qətiyyən güvənməməlidir. Bizim bankların təhlükəsizlik sistemi bu baxımdan yetərincə güclü deyil”.


Bu sözləri hüquqşünas, iqtisadçı-ekspert Əkrəm Həsənov “Referans”-a açıqlamasında bu szöləri deyib. 




“Azərbaycanda depozitlərin sığortalanma məbləği 100 min manat təşkil edir. Ölkədə fəaliyyət göstərən böyük bankların mobil tətbiqlərində yerləşdirilən depozitlərlə bağlı dələduzluq halları baş verdikdə vətəndaşın bunu sübut etməsi çox uzun prosesdir, hətta bəzən mümkün olmur. Bu zaman banklar vətəndaşları həmin məbləği özlərinin kartdan çıxarması və ya hər hansısa yaxınlarının vasitəsilə bunu etmələri ilə günahlandırırlar. Belə olan halda bank həmin sığortalanmış hissəni də vətəndaşlara qaytarmır. Buna görə də vətəndaşlara dönə-dönə tövsiyə edirəm ki, belə proseslərdən uzaq dursunlar. Bizim bankların onlayn texnologiyaları zəifdir”.


Ekspert xüsusilə qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən məhkəmələr də belə məsələlərdə bankların, xüsusilə də, böyük bankların tərəfində olurlar. Əksər hallarda vətəndaşlar məsələnin əslini sübut edə bilmirlər.

 

Fidan Vəlisoy

Seçilən
7
referans.az

1Mənbələr