AZ

Nərimanov rayonunun bu ərazilərində qaz kəsiləcək

Sabah Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə Manset.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Nərimanov rayonunda yol tikintisi ilə əlqədar olaraq qaz xəttinin yerinin dəyişdirilməsi işləri həyata keçiriləcək.

Bu səbəbdən fevralın 14-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Ə. Əliyev 63 və Ə. Əliyev 26 küçələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Seçilən
0
37
manset.az

10Mənbələr