Bakı, 13 fevral, AZƏRTAC
Kazan şəhəri 2026-cı il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Tatarıstanın rəhbəri Rüstəm Minnixanov “Telegram” kanalında məlumat verib.
“Kazan 2026-cı il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bu qərar bu gün Ciddədə İslam Əməkdaşlıq Təşkilatı dövlətlərinin mədəniyyət nazirləri tərəfindən qəbul olunub”, - deyə Minnixanov bildirib.
Tatarıstan rəhbərinin mətbuat xidmətinin məlumatına görə, “İslam dünyasının mədəniyyət paytaxtı” mədəniyyət nazirlərinin hər il keçirilən konfransında müəyyən edilir. 2025-ci ildə bu ada Səmərqənd (Özbəkistan) layiq görülmüşdü.