AZ

Məktəbliyə fiziki zorakılıqla bağlı yayılan görüntülər araşdırılır

BŞTİ: İctimaiyyətdən hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.

"Şagirdə qarşı məktəbdən kənar ərazidə fiziki təzyiqlə bağlı yayılmış görüntülər araşdırılır".

Operativ Media xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsindən bildiriblər.

Qeyd edilib ki, araşdırma aparıldığını nəzərə alaraq, ictimaiyyətdən məsələyə daha həssas yanaşması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.

"Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır", - açıqlamada vurğulanıb.

Seçilən
3
14
operativmedia.az

10Mənbələr