AZ

Laviyanın nə vaxt sıraya dönəcəyi bilindi

"Çelsi"nin zədəli yarımmüdafiəçisi Romeo Laviyanın komandasının sıralarına nə vaxt qayıdacağı bəlli olub.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, "zadəganlar"ın baş məşqçisi Entso Mareska 21 yaşlı oyunçunun martın sonunda kollektiv məşqlərə qatıla biləcəyini bəyan edib.

Qeyd edək ki, belçikalı futbolçu ötən ay ciddi xəsarət alaraq uzun müddətə sıradan çıxıb. Laviya cari mövsüm 12 oyunda iştirak edib.

Seçilən
3
fanat.az

1Mənbələr