"Barselona" klubunun idman direktoru postunu tutan Deko mərkəz müdafiəçisi Ronald Arauxonun gələcəyi ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, “Sport.es" funksionerin dediklərini belə çatdırıb.
"Barselona" heç vaxt Arauxonu satmaq istəmir. Ronald burada xoşbəxtdir. Gələcəkdə bəzi dəyişikliklər istəsə, deyə bilər. Amma mən bunun belə olduğunu düşünmürəm, əks halda o, yeni müqavilə imzalamazdı”
Arauxo və "Blauqrana" arasındakı hazırkı müqavilə 2031-ci ilin ortalarına qədərdir. İspaniya çempionatının cari mövsümündə 25 yaşlı uruqvaylı 3 oyun keçirib və 1 sarı vərəqə alıb.