Bakı. Trend:
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuzsaxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsiistiqamətində tədbirlər davam etdirilir.
Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyi məlumat yayıb.
Bildirilib ki, son gün ərzində keçirilən növbəti profilaktiktədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmayan 10ədəd tüfəngi könüllü olaraq polisə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.