Azərbaycanın gimnastika hakimləri Gürcüstanın paytaxtı Tbilisidə Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təşkil olunan “2025-2028 beynəlxalq hakimlik kursları”ında iştirak ediblər.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Kurslarda akrobatika gimnastikası üzrə hakimlərimiz müxtəlif kateqoriyalara yiyələniblər.
1. İradə Qurbanova – kateqoriya 3
2. Abdulla Əl-Məşayxi – kateqoriya 3
3. Leyla Əliyeva – kateqoriya 3
4. Lalə Abdullayeva – kateqoriya 4
5. Aynur Yusufova – kateqoriya 4
Qeyd edək ki, kurslar fevralın 8-11-i aralığında baş tutub.