Avropa İttifaqı (Aİ) ABŞ-nin planlarından asılı olmayaraq Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyalar tətbiq edəcək.
Bunu Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Paula Pinyo Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
“ABŞ-nin [enerji sanksiyaları ilə bağlı] nəyi nəzərdə tutduğunu bilmirəm, amma bizim bir neçə sanksiya paketi planımız var və hazırda 16-cı paket müzakirə olunur ki, bu da enerjiyə təsir edir”.
Pinyo əlavə edib ki, Rusiyanın enerji resurslarına qarşı sanksiyalar Brüsselin enerji asılılığından xilas olmaq niyyətlərinə uyğundur.