Türkiyə Super Liqasının 25-ci turunda keçiriləcək “Qalatasaray” – “Fənərbağça” oyununun əcnəbi hakim idarə edəcək.
Fanat.Az xəbər verir ki, məlumatı “Sabah” nəşri yayıb.
Qərarın qarşıdakı günlərdə rəsmən açıqlanacağı bildirilib.
Hakimlər Komitəsinin Türkiyə Futbol Federasiyasının dəstəyi ilə bu qarşılaşma üçün əcnəbi hakimlərə müsbət yanaşdığı yazılıb.
Fevralın 24-də başa tutacaq İstanbul derbisi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.