ABŞ Prezidenti Donald Tramp federal qurumların əvvəllər “Politico”, “The New York Times” qəzetlərinə və “Associated Press” xəbər agentliyinə abunəlik üçün ödədiyi vəsaitlərin ölkənin vergi ödəyicilərinə qaytarılmasını tələb edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
"Niyə “Politico”ya heç nə üçün milyonlarla dollar ödənilib? Mətbuatı almaq məqsədilə? Vergi ödəyicilərinin pullarını qaytarın!", - o yazıb.
Tramp, həmçinin “Reuters” agentliyindən ABŞ hökuməti tərəfindən ona ödənilən pul vəsaitlərinin qaytarılmasını tələb edib.