AZ

Əjdər Ol əfv olunacaq? - Vəkili sualdan yayınıb

Əjdər

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Reyting.az-
ın məlumatına görə, komissiyanın ilk iclasında 100-dən artıq müraciətə baxılıb.

Əfv olunmaq üçün müraciət edənlərin arasında bəzi tanınmış simaların, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Əjdər Olun və meyxanaçı Rəşad Dağlının da adının olduğu iddia edilir.

Əjdər Ol və Rəşad Dağlı da əfv üçün müraciət edib?

Məsələ ilə bağlı Əjdər Olun vəkili Teymur Baloğlanlı ilə əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında bu barədə danışmaq istəmədiyini bildirib.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Respublikasnın Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev isə qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən əfv sərəncamlarının imzalanması humanizm prinsiplərinə əsaslanır və bu qərarlar adətən əlamətdar tarixlərdə və ya xüsusi hadisələrlə əlaqədar qəbul edilir:

“Komissiyanın ilk iclasında 100-dən artıq müraciətə baxıldı və müvafiq qərarlar qəbul edildi. Əfv Komissiyasının vəzifəsi məhkumların özləri, yaxınları və vəkilləri tərəfindən edilən müraciətlərə, eləcə də deputatların, QHT-lərin, Ombudsmanın və vətəndaş cəmiyyətinin digər üzləri tərəfindən qaldırılan vəsadətlərə baxmaqdır. Yüzlərlə ərizə daxil olur. Hər bir ərizə diqqətlə araşdırılır və müvafiq qərarların verilməsi üçün rəylər hazırlanır. Bu ilk iclasımız idi. Amma bu iclaslar davam edəcək”.
Seçilən
41
3
reyting.az

9Mənbələr