Gəncədəki 34 nömrəli məktəbdə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası ilə bağlı vətəndaş müraciəti edilib.
Yenisabah.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat verib.
Müraciət əsasında həm Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, həm də hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Gəncə şəhərində yerləşən Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdə müəllimin 5-ci sinif şagidini döyməsi ilə bağlı mediada xəbərlər yayılıb.
Telegram kanalımız