Prezident Donald Tramp ABŞ hökuməti tərəfindən Reuters agentliyinə verilən pulun geri qaytarılmasını tələb edib.
Bizim.Media xəbər verir ki, Ağ Evin sahibi bu barədə “Truth Social” səhifəsində yazıb.
Daha əvvəl ABŞ-ın Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask Vaşinqtonun beynəlxalq xəbər agentliyi Reuters-ə milyonlarla dollar ödədiyini bildirmişdi. İş adamı agentliyin fəaliyyətini “tam saxtakarlıq” adlandırıb.
Tramp, həmçinin daha əvvəl Politico, The New York Times və Associated Press-ə abunəlik üçün verilən vəsaitin geri ödənilməsini də tələb etmişdi:
“Niyə "Politico"ya boş yerə milyonlarla dollar ödənilib. Mətbuatı ələ almaq məqsədi ilə? Pulları geri qaytarın!".
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta