AZ

Azərbaycanın 5 hakimi beynəlxalq kateqoriya alıb

Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən beynəlxalq hakimlik kursları keçirilib.

İdman.biz xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan tədbirdə akrobatika gimnastikası üzrə Azərbaycan hakimləri də iştirak ediblər.

Kurslarda 5 ədalət təmsilçimiz müxtəlif kateqoriyalara yiyələnib. İradə Qurbanova, Abdulla Əl-Məşayxi və Leyla Əliyeva 3-cü kateqoriyaya sahib çıxıb. Lalə Abdullayeva və Aynur Yusufova 4-cü kateqoriya alıb.

Qeyd edək ki, kurslar 2025-28-ci illəri əhatə edən tsikl üçün nəzərdə tutulub.

İdman.biz

Seçilən
9
idman.biz

1Mənbələr