AZ

DƏHŞƏT: Avtomobil 20 nəfərin üstündən keçdi 

Almaniyanın Münhen şəhərində avtomobil həmkarlar ittifaqının nümayişində iştirak edən insanların üzərinə sürülüb.

Bu barədə "Bild" nəşri polisə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə yerli vaxtla saat 10:30 radələrində baş verib. Hadisə nəticəsində azı 20 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Yaralılar arasında uşaqlar da var.

Hadisənin səbəbləri araşdırılır. Sürücü saxlanılıb və hüquq-mühafizə orqanları onun hərəkətinin qəsdən olub-olmadığını müəyyənləşdirir.

Şahidlərin sözlərinə görə, hadisə yerinə çatan polis əməkdaşları iki nəfərə atəş açıblar və onlardan biri yaralanıb. Digər şəxsin harada olduğu hələlik bilinmir./musavat.com




Seçilən
18
1
referans.az

2Mənbələr