Harry Potter serialında ‘Dumbledore’ obrazını canlandıracaq ad məlum olub
Kulis.az xəbər verir ki, Harry Potter filmləri seriala çevrilir. Serialda ‘Dumbledore’ obrazını kimin canlandıracağı məlum olub.
2026- cı ildə yayımlanacaq ‘Harry Potter’ serialında ‘Dumbledore’ obrazını canlandırmaq üçün Con Litqou ilə razılıq mərhələsindədirlər. 79 yaşlı Con Litqou "Konsey", "Dexter", "Ulduzlararası", "Meymunlar Cəhənnəmi: Başlanğıc" və "Dolunay Qatilləri" kimi layihələrlə tanınır.
Qeyd edək ki, ‘Dumbledore’ obrazını canlandıran aktyor Maykl Qambon 2023-cü ildə vəfat edib. Aktyor Harry Potter filmlərinin səkkizindən altısında rol alıb.