!["Liverpul" son saniyələrdə qələbəni əldən verdi](https://ulusum.az/uploads/posts/2025-02/59abb32b1d_2022-01-02t181609z_1803291329_up1ei121eqvnt_rtrmadp_3_soccer-england-che-liv-report-pic_32ratio_900x600-900x600-51318.webp)
"Liverpul" İngiltərə Premyer Liqasının 15-ci turundan təxirə salınmış matçda "Everton"la 2:2 hesablı heç-heçə edib.“Ulusum”.az xəbər verir ki, "Qudison Park"da baş tutan görüşdə komandalar hər hissədə bir-birinə cavab verib. 11-ci dəqiqədə "Everton"un hücumçusu Betu hesabı açıb, lakin 14-cü dəqiqədə Aleksis MakAllister tarazlığı bərpa edib. İkinci hissədə Məhəmməd Salah "qırmızılar"ı önə çıxarıb, lakin qələbəni qorumaq mümkün olmayıb – 90+8-ci dəqiqədə Ceyms Tarkovski yekun nəticəni müəyyən edib.Turnir cədvəlində "Liverpul" 57 xalla liderliyini qoruyur, "Everton" isə 27 xalla 15-ci pillədədir.Səidə
Diqqət Çəkənlər
Azərbaycan Ermənistandan tam təzminat tələb edir
Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə gedib
Müalicəyə tabe olmayan qan laxtalanma pozuntusu aşkar edilib