AZ

Pakistanın paytaxtında ən işlək magistral küçəyə Ərdoğanın adı veriləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Pakistan hökuməti İslamabadda magistral küçələrdən birini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə adlandırmağı planlaşdırır.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Anadolu" agentliyi öz mənbələrinə istinadən xəbər verib.
Bildirilib ki, qərar Ərdoğanın rəhbərliyi ilə Türkiyə hökumət nümayəndə heyətinin bu gün Pakistana səfəri çərçivəsində qəbul edilib.
"F-8 yol qovşağı da daxil olmaqla, avtomagistralın ən işlək hissələrindən biri Ərdoğanın şərəfinə adlandırılacaq", - deyə mənbədən vurğulanıb.
Qeyd edək ki, Türkiyə və Pakistan uzun dostluq və əməkdaşlıq tarixinə malikdir. Ölkələr beynəlxalq arenada bir-birinə dəstək verir, iqtisadi və mədəni əlaqələri inkişaf etdirirlər.
Seçilən
9
1
oxu.az

2Mənbələr