Bu gün Atatürk Mədəniyyət Mərkəzində yeni yaradılmış Kommunikasiya, İctimaiyyətlə Əlaqələr və Media Mərkəzinin (KİM) təqdimatı və zirvə görüşü keçirilib.
Finss.az xəbər verir ki, tədbirdə KİM-in rəhbəri Tural Ozan, Atatürk Mədəniyyət Mərkəzinin direktoru Nizami Cəfərov, Emedia Group təşkilatının sədri Elşən Əliyev, eləcə də media nümayəndələri iştirak ediblər.
Görüşü giriş sözü ilə açan KİM-in rəhbəri Tural Ozan mərkəzin əsas məqsədinin Azərbaycanda kommunikasiya və ictimaiyyətlə əlaqələr sahəsində vahid platformanın yaradılması olduğunu bildirib. O, həmçinin dövlət qurumları və özəl sektorun ictimaiyyətlə əlaqələr üzrə əməkdaşlarının media nümayəndələri və jurnalistlərlə əlaqələrinin gücləndirilməsi, bu sahənin ölkədə inkişaf etdirilməsi, yeni kadrların hazırlanması və mütəxəssislərin bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçiriləcək layihələrin KİM-in prioritetlərindən olduğunu vurğulayıb.
Daha sonra çıxış edən Atatürk Mədəniyyət Mərkəzinin direktoru Nizami Cəfərov KİM-in türk dünyasında inkişaf perspektivləri, türk dövlətlərində eyni sektorda fəaliyyət göstərən təşkilatlarla birgə layihələrin icra olunması imkanları barədə fikirlərini bölüşüb.
![](https://fins.az/file/articles/2025/02/13/1739450908_img_20250212_153545.jpg)
![](https://fins.az/file/articles/2025/02/13/1739450921_img_20250212_153551.jpg)
![](https://fins.az/file/articles/2025/02/13/1739450957_img_20250212_153604.jpg)
![](https://fins.az/file/articles/2025/02/13/1739450970_img_20250212_154344.jpg)
![](https://fins.az/file/articles/2025/02/13/1739450947_img_20250212_154350.jpg)