AZ

ADY-də yeni təyinat (FOTO)

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) kadr dəyişikliyiolub.

Trend xəbərverir ki, ADY-nin Yük daşımaları departamentinə rəhbərlik SamirHəziyevə həvalə olunub.

Samir Həziyev 1982-ci ildə anadan olub. 2000–2006-cı illərdəAzərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqtisadimünasibətlər" ixtisası üzrə bakalavriat və magistratura pillələrinibitirib, daha sonra Dünya Bankının təqaüd proqramını qazanaraqABŞ-nin Kolumbiya Universitetinin dövlət idarəçiliyi üzrəmagistratura pilləsində təhsil alıb.

Əmək fəaliyyətinə 2004-cü ildən Azərbaycan Respublikası MərkəziBankında iqtisadçı kimi başlayıb, sonra Fövqəladə HallarNazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2018-ci ildə ADY-də fəaliyyətə başlayıb. 2021-ci ildənİnfrastruktur departamentinin rəis müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Yük daşımaları departamentinin rəisi Emil Əhmədovkaryerasında yeni mərhələyə başlamaq üçün ADY-dən ayrılıb.

Emil Əhmədov ADY-də 2016-cı ildə fəaliyyətə başlayıb, bir çoxuğurlu layihələrin həyata keçirilməsinə və qurumun inkişafına böyüktöhfə verib.

ADY-də
ADY-də
Seçilən
45
37
az.trend.az

10Mənbələr