AZ

Futbol matçı zamanı faciə: Gənc oyunçu beyin ölümü keçirdi

"Pekin Quoan" klubunun çinli futbolçusu Quo Jiaxuan Madriddə "Alcobendas"la yoldaşlıq matçında aldığı zədədən sonra bir həftədir həyatda qalmaq uğrunda mübarizə aparır.

Publika.az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Futbolçunun qardaşının sözlərinə görə, Quo oyun zamanı başına diz zərbəsi alıb. Bundan sonra təcili olaraq xəstəxanaya çatdırılıb. 18 yaşlı futbolçuya sağalma şansı az olan kütləvi kəllədaxili qanaxma diaqnozu qoyulub.

Bir həftə sonra ailə klub rəhbərliyini və Çin Futbol Assosiasiyasını İspaniyada müalicə və Çinə gediş-gəliş xərclərini qarşılamağa razı sala bilib. Çünki İspaniyada gəncin müalicəsindən imtina etməyi planlaşdırırdılar.

Seçilən
7
1
publika.az

2Mənbələr