İspaniyanın "Barselona" komandası müdafiəçisi Pau Kubarsi ilə müqavilə müddətini uzadıb.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu kataloniyalılarla 2029-cu il iyun ayına qədər yeni sözləşmə imzalayıb.
Gənc oyunçu əsas kollektivin heyətində ötən ilin yanvarında debüt edib və o vaxtdan 60 oyunda meydana çıxıb.