Fevralın 24-də baş tutacaq ''Qalatasaray'' - ''Fənərbaxça'' oyunu indidən qardaş ölkədə böyük səbirsizliklə gözlənilir.
''Football-plus.az'' xəbər verir ki, Türkiyədə hakimlik mövzusunda bitmək bilməyən müzakirələrin fonunda bu taleyüklü qarşılaşmanın kimə tapşırılacağı böyük maraq doğurur. ''Fənər'' derbiyə əcnəbi hakim dəvət olunmasının tərəfdarıdı. ''Qalatasaray'' bu təklifi lap belə ikiəlli dəstəkləməsə də, başqan Dursun Özbək son açıqlamasında qeyd etdi ki, əcnəbi çağırılacaqsa, bu, mütləq dünya səviyyəli bir hakim olmalıdı. İddialara görə Türkiyə Futbol Federasiyası hələ ki, bu mövzuda qərarını verməyib. Bu arada Türkiyə mətbuatında derbiyə təyinat almağa namizəd olan yerli və əcnəbi hakimlərin adları açıqlanıb. Yerlilərdən yalnız iki isim ön plana çıxır. Bu, Xəlil Umut Meler və Atilla Karaoğlandı. Amma Karaoğlanın təyinatı inandırıcı görsənmir. Yerlilərdən ən yaxşı halda Meler derbidə fit sahibi ola bilər. Ölkənin ən güclü hakimi sayılan Meler Çempionlar Liqasında son 2 turun oyunlarına təyinat alıb.
Əcnəbi namizədlər arasında isə maraqlı isimlər var. Bunların başında polşalı Şimon Marçinyak gəlir. Dünyanın ən güclü hakimlərindən sayılan Marçinyak son mundialın finalını idarə edib. Onun derbiyə təyinat almaq ehtimalının olması barədə şayiələr hələ ötən ay Polşa mətbuatında peyda olmuşdu. TFF-nin baş məsləhətçisi Vitor Melo Pereyranın Portuqaliyadan olduğunu nəzərə alsaq, derbiyə bu ölkədən də hakim təyinat ala bilər. İlk növbədə təcrübəli Artur Diaşın adı ön plana çıxır. Digər ehtimal isə hazırda çempionatlarında fasilə olan Skandinaviya ölkələrinin hakimləridi. Bu bölgədən ən son ''Sportinq'' - ''Borussiya'' D oyununu idarə edən norveçli Espen Eskos və isveçli Tess Olofsson ön plana çıxır. Və nəhayət, TFF prezidenti İbrahim Hacıosmanoğlu ilə yaxşı münasibətləri olan UEFA prezidenti Aleksandr Çeferinin ölkəsi Sloveniyadan da bir hakim derbi üçün Türkiyəyə çağırıla bilər.
Bu ölkədən isə təbii ki, ilk növbədə Slavko Vinçiç yada düşür. 45 yaşlı ünlü hakim ÇL-in son finalını idarə edib.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta