"Deməli, qədim dövrlərin birində AXC-nin hansısa toplantısı idi. Xarici qonaqlar da iştirak edirdi. "
News365.az xəbər verir ki, bunu jurnalist Azər Rəşidoğlu feysbuk səhifəsində paylaşıb.
"Reqlament üzrə çıxışlar edilirdi. Birdən yerdən bir qadın ayağa qalxdı, təkidlə söz istədi. Sədarət bildirdi ki, çıxışlar davam edir, növbənizi gözləyin. Ləhcəsindən hiss edilirdi ki, qadın Cənubi Azərbaycandandır (sonra bəlli oldu ki, Təbrizdə doğulub, indi Parisdə yaşayır). Qadın qışqırmağa başladı - "İsa bəy, sən agentsən, imkan verin, sübut edim, Əbülfəz bəy ən böyük agentdir, sübutlarım var, imkan verin, hamısını deyəcəm".
Əbülfəz bəy dərhal həmin qadına söz verilməsini tapşırdı. Qadın tribunya çıxıb qışqıra-qışqıra dedi:
- İsa bəy, yadındadır, sən gəlmişdin ora, yadındadır, orada dedin də. Sən agentsən. A bəylər, İsa bəy agentdir.
Əbülfəz bəy gülümsədi:
- Ay xanım, axı İsa bəy hara gəlib, nə deyib ki, belə əsəbləşmisiniz?
-Elə sən də agentsən. Sən də gəlmişdin ora. Orada çıxış da elədin.
Bu əhvalatın maraqlı tərəfi odur ki, oranın hara olduğunu heç kəs bilmədi)...