ABŞ prezidenti Donald Tramp "Reuters" xəbər agentliyindən ABŞ hökumətinin ödədiyi pulu geri qaytarmağı tələb edib.
O, bu barədə "Truth social" şəbəkəsində məlumat verib.
“Reuters” “geniş miqyasda sosial aldatma”nı araşdırmaq üçün Müdafiə Nazirliyindən 9 milyon dollar alıb”. İndi pulu mənə qaytar!- Tramp yazıb.
Amerika lideri həmçinin “Politico” nəşrinə müraciət edərək milyonların vergi ödəyicilərinə qaytarılmasını istəyib.
Tramp “New York Times” qəzetini də xatırlayaraq onu ölümcül adlandırıb.