AZ

Putin-Tramp danışığı dollara necə təsir edəcək?

Dolların məzənnəsi 89-90 rubla çatacaq.

Rusiya prezidenti Vladimir Putin və Ağ Ev rəhbəri Donald Tramp qarşıdakı görüş zamanı razılığa gələ bilsələr, bu səviyyədə möhkəmlənəcək.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Ridusa maliyyə analitiki Mixail Belyaev məlumat verib.

 

Onun fikrincə, Ukraynada vəziyyətin sabitləşməsi ilə yanaşı, iqtisadiyyata da sabitlik dövrü gələcək. Analitik qeyd edib ki, hazırda dolların məzənnəsi 95 rubldan aşağı düşüb.

 

Ekspert hesab edir ki, “Putin və Tramp razılığa gələ bilsələr və bunun nəticəsində beynəlxalq arenada vəziyyət müəyyən mənada sabitləşsə, o zaman dolların məzənnəsi 89-90 rubl səviyyəsində qalacaq”.

 

Belyaev bu valyuta nisbətinin hazırda ən obyektiv olduğunu vurğulayıb.

 

Bundan əvvəl Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında aparılan danışıqlar fonunda rublun möhkəmləndiyi bildirilirdi. Fevralın 12-də Putinlə Tramp arasında telefon danışığı olub. İki lider arasında söhbət təxminən saat yarım davam edib. Söhbətin əsas mövzularından biri Ukrayna münaqişəsi olub.

 

Nigar

Seçilən
15
oxu24.com

1Mənbələr