AZ

İsrail əsas humanitar yardımın Qəzzaya daxil olmasına mane olur

Hökumətin Qəzzadakı media ofisinin direktoru İsmayıl Sevabite bildirib ki, İsrail atəşkəs razılaşmasını pozur və lazımi humanitar yardımın Qəzza zolağına daxil olmasını gecikdirir.

Turkustan.az xəbər verir ki, Sevabite AA-ya deyib ki, "İşğalçı İsrail xüsusilə Qəzzaya humanitar yardım daşıyan yük maşınlarının çatdırılması ilə bağlı öz öhdəliklərindən yayınmağa davam edir ".

Sevabite İsrailin HƏMAS ilə atəşkəs çərçivəsində humanitar protokola əməl etmədiyini , protokol çərçivəsində gündə 600 TIR humanitar yardımın daxil olması lazım olduğunu, lakin İsrailin bu prosesi ləngitdiyini bildirib.

"Qəzzaya çatdırılan yardımın miqdarı İsrailin soyqırım müharibəsi nəticəsində infrastrukturun geniş şəkildə məhv edilməsi səbəbindən böyük ehtiyacı ödəmək üçün kifayət deyil".

İsrailin lazımı yardım axınını kəsdiyini xatırladan Sevabite, "Evlərini itirən təxminən 250 min insan üçün konteyner evləri və çadırlara ehtiyac olması ilə yanaşı, Qəzza xalqının yenidənqurma işləri üçün təcili olaraq tikinti materiallarına və dağıntı çıxaran avadanlıqlara ehtiyacı var"- dedi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
11
turkustan.az

1Mənbələr