AZ

“Avropa Qapıları” inzibati məsuliyyətə cəlb edildi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Avropa Qapıları” şirkətini inzibati məsuliyyətə cəlb edib.

Valyuta.az-ın məlumatına görə, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi 600 manatdan 900 yüz manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Hüseyn

Seçilən
43
valyuta.az

1Mənbələr