"Barselona" Pau Kubarsi ilə müqaviləni yeniləyib.
İdman.biz xəbər verir ki, bu barədə Kataloniya klubundan açıqlama yayılıb.
Tərəflər arasındakı yeni razılaşma 2029-cu il iyunun sonuna kimi nəzərdə tutulub. "Barselona"nın açıqlamasında klubun La Masianın gənc istedadlarını üstünlük verdiyi və Kubarsinin 18 yaşı olmasına baxmayaraq əsas komandada 60 oyun keçirdiyi bildirilib.
Qeyd edək ki, 18 yaşlı müdafiəçi 2024/2025 mövsümündə İspaniya çempionatında 23 oyunda 3 qol ötürməsi verib. Kubarsi Çempionlar Liqasında 8, İspaniya kubokunda isə 3 dəfə meydana çıxıb.
İdman.biz