AZ

"Sülh" çağırışları edən Paşinyanın real addımları tamamilə fərqli mənzərə yaradır - Azər Qarayev

Bakı. Trend:

"Sülh" çağırışları edən Ermənistanın baş naziri Nikol Paşinyanınreal addımları tamamilə fərqli mənzərə yaradır.

Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.

"Ermənistanın Baş naziri Nikol Paşinyan son açıqlamalarındaQərbi Azərbaycana qayıdış konsepsiyasının Ermənistanın ərazibütövlüyünə təhdid yaratdığını iddia edib. O, Azərbaycanı“eskalasiya siyasətindən əl çəkməyə” və “institusional sülh”imzalamağa çağırıb. Lakin bu bəyanatlar ziddiyyətlər vəmanipulyativ yanaşmalarla doludur.

İlk növbədə, Paşinyanın vurğuladığı “institusional sülh”anlayışı Ermənistanın sadəcə siyasi bəyanatlarda deyil, eynizamanda, konstitusiya və digər normativ-hüquqi sənədlərdəAzərbaycanın ərazi bütövlüyünü tanımasını tələb edir. HazırdaErmənistan Konstitusiyası və müstəqillik bəyannaməsi hələ dəAzərbaycanın suverenliyinə qarşı ərazi iddialarını ehtiva edir.Belə olan halda, “sülh” çağırışlarının real və davamlı nəticələrdoğurması üçün ilk növbədə bu iddialar aradan qaldırılmalıdır", - obildirib.

Onun sözlərinə görə, son dövrlərdə Paşinyan sülh danışıqlarınahazır olduqlarını bəyan etsə də, onun real addımları tamamiləfərqli mənzərə yaradır.

"Paşinyan hökuməti zaman-zaman Azərbaycanla sülh müqaviləsininimzalanmasına hazır olduğunu bildirir. O, beynəlxalq ictimaiyyətindiqqətini çəkmək və Ermənistana əlavə dəstək qazanmaq üçün sülhçağırışları ilə çıxış edir. Lakin onun praktiki addımları buritorikanın yalnız bir pərdə olduğunu göstərir. Paşinyanınsiyasətində əsas hədəf beynəlxalq ictimaiyyəti aldatmaq vəErmənistanı hərbiləşdirmək üçün vaxt qazanmaqdır. O, "sülhistəyirik" mesajı verərək, Azərbaycanın guya hərbi təhlükəyaratdığını iddia edir, eyni zamanda, Qərbdən silah almağaçalışır.

Paşinyanın son Fransa səfəri və bu ölkə ilə hərbi əməkdaşlıqistiqamətində atdığı addımlar ciddi narahatlıq doğurur. Paris artıqErmənistana hərbi texnika və silah göndərməyə başlayıb. 2023-cüilin sonlarından başlayaraq Fransa Ermənistana "CAESAR" özüyeriyənhaubitsaları, zenit-raket kompleksləri və digər hərbi texnikagöndərib. Fransa prezidenti Emmanuel Makron açıq şəkildə bildiribki, Ermənistanı dəstəkləməyə davam edəcək. Makron hökumətiErmənistanı regionda əsas tərəfdaşlardan biri kimi görür və onusilahlandırmaq siyasətini davam etdirir", - o bildirib.

Politoloqun sözlərinə görə, bu, heç bir halda regionda sülhəxidmət etmir, əksinə, vəziyyəti olduqca gənginləşdirir.

"Paşinyanın əsas məqsədi real sülh deyil, Ermənistanın hərbipotensialını gücləndirmək və gələcəkdə yeni təxribatlarahazırlaşmaqdır. O, beynəlxalq ictimaiyyətə sülh mesajları verməklə,əslində, vaxt qazanır və Ermənistanı silahlandırmaq üçün siyasi vədiplomatik dəstək axtarışındadır.

Əgər o sülh sazişinin imzalanmasını istəsə idi, öhdəliklərəsadiq qalardı, ölkədə revanşist və separatçı ideyalardan imtinanıtəmin edərdi, silahlanmaq əvəzinə sülh üçün çalışardı və xaricidövlətləri Cənubi Qafqazda gərginliyi artırmağa sövq etməzdi. LakinPaşinyanın hazırkı siyasəti göstərir ki, Ermənistan rəhbərliyisülhə deyil, yeni silah tədarükünə və Qərbdən hərbi-siyasi dəstəkalmağa yönəlib. Azərbaycan isə bu manipulyasiyalara baxmayaraq,bölgədə uzunmüddətli sabitlik və təhlükəsizliyin təmin olunmasıüçün prinsipial mövqeyini davam etdirir", - A.Qarayev bildirib.

Seçilən
11
az.trend.az

1Mənbələr