AZ

Qlobal bazarlardakı volatillik və Azərbaycan iqtisadiyyatına təsiri – Ruslan Atakişiyevin ŞƏRHİ

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev QHT.az-a açıqlamasında qlobal bazarlarda volatilliyin artmasının Azərbaycan iqtisadiyyatına təsirlərindən bəhs edib. O qeyd edib ki, volatillik qiymətli kağızlar bazarında riskləri artıraraq, kapital qoyuluşlarının proqnozlaşdırılmasını çətinləşdirir.

Ruslan Atakişiyevin sözlərinə görə, Azərbaycan vətəndaşlarının beynəlxalq bazarlarda qiymətli kağızlara investisiyaları da bu risklərdən təsirlənir. Bundan əlavə, ölkənin maliyyə ehtiyatları, o cümlədən qiymətli kağızlar və valyuta bazarı da volatillikdən dolayı risklərlə qarşılaşır. Ekspert bildirir ki, yüksək risk idarəçiliyi və risklərin düzgün qiymətləndirilməsi yolu ilə potensial itkilərin qarşısını almaq mümkündür:

"Eyni zamanda, ölkənin ehtiyatları, o cümlədən qiymətli kağızlar və valyutalar da volatilliyin təsiri altına düşür və bunun nəticəsində risklər artır. Təbii ki, yüksək risk idarəçiliyi aparmaqla və bu riskləri düzgün qiymətləndirməklə mümkün itkiləri xeyli azaltmaq olar. Bununla yanaşı, bu, gözlənilən gəlirliliyə və mənfəət ehtimallarına da təsir edə bilər. Azərbaycanın biznes və iqtisadi dayanıqlığı ilə bağlı məsələləri isə həm makroiqtisadi, həm də mikroiqtisadi səviyyədə qiymətləndirmək mümkündür. Mikro səviyyədə əhalinin beynəlxalq və daxili qiymətli kağızlar bazarındakı iştirakı nəzərdən keçirilə bilər. Makroiqtisadi səviyyədə isə ölkənin maliyyə sabitliyi baxımından qiymətləndirmə aparmaq olar".

 

Pərvanə Fərhadqızı

Seçilən
28
qht.az

1Mənbələr