Heyvanın bilmədiyiniz 12 faydası
Heyva qış meyvələri dedikdə ağla gələn ilk meyvə deyil, amma faydalarını saymaqla bitmir. Qışda immun sisteminizi gücləndirmək üçün bol-bol kalorisiz olan bu meyvəni istehlak edin.
Qlobal.net bildirir ki, heyvada gündəlik alınması lazım olan C vitamininin 15%-i, tiaminin (B1 vitamini) 1.5%-i, B6 vitamininin 2%-i, misin 13%-i, dəmirin 3.6%-i, kaliumun 4%-ü, maqneziumun 2.6%-ı var.
Bəs, Heyvanın faydaları nədir?
1. Çəki itirməyə kömək edir
Qlisemik indeksi aşağı olan heyva qan şəkərini sürətlə yüksəltmir, bu səbəbdən diyabet və pəhrizdə olanlar rahatlıqla yeyə bilər. Lifli strukturu sayəsində toxluq hissini artıraraq çəki itirməyə kömək edir. Pəhrizdə qaynadılıb və ya buxarda bişirilərək şirniyyat əvəzi ola bilər. 1 porsiya heyva, böyük heyvanın yarısı qədərdir.
2. Bədəni viruslardan qoruyur
İçindəki C vitamini və fitokimyasallar immun sistemini gücləndirir. Günlük C vitamini ehtiyacının 4-də 1-ni qarşılayan heyva, bədəni patogenlərə, viruslara və bakteriyalara qarşı qoruyur. Gün ərzində 2-3 porsiya meyvədən birini heyvaya ayırmaq tövsiyə olunur.
3. Saçları uzadır
Dəmir, mis və sink kimi minerallar qan dövranını artıraraq saç köklərinə daha çox oksigenin çatmasına kömək edir. Bu da saçları gücləndirir və uzanmasına kömək edir.
4. Dərini gəncləşdirir
Yüksək miqdarda dəmir, mis və sink mineralları ilə qırmızı qan hüceyrələrinin istehsalını artıraraq dövranla daşınan oksigen miqdarını yüksəldir. Nəticədə, daha sağlam və gənc bir dəri əldə edilir.
5. Antioksidan tərkibi xərçəng riskini azaldır
Azad radikallar hüceyrələrin mutasiya keçirməsinə və ya nəzarətsiz artmasına səbəb olur, bu da xərçəng riskini artırır. Heyva isə, yüksək antioksidan tərkibi sayəsində polifenollarla bədəni azad radikallardan qoruyaraq bu riski azaldır. Bu antioksidanlar, metabolik stres və iltihabı azaltmağa kömək edir.
6. Ürək-damar sağlamlığını qoruyur
Yüksək miqdarda kalium tərkibi ilə qan təzyiqin düşürməyə kömək edir. Həmçinin, yüksək miqdarda həll olunan lif olan pektin tərkibi xolesterolu azaldır. İçindəki dəmir, sink və mis kimi minerallar qan hüceyrələrinin istehsalını və qan axıcılığını artıraraq dövran üzərində müsbət təsir göstərir.
7. Həzm prosesini asanlaşdırır
Qaynadılıb yeyildikdə qaz problemlərini azaldır və həzmi asanlaşdırır. Heyva, tərkibindəki yüksək lif sayəsində kabızlığı aradan qaldırır və ishalın qarşısını alır. Həmçinin, heyva ekstraktının bağırsaq xəstəliklərinə qarşı qoruyucu təsiri olduğu və mədə ülserini müalicə etməyə kömək edə biləcəyi göstərilib. Reflü simptomlarını da yüngülləşdirə bilər.
8. Bağırsaq xəstəliklərini qarşısını alır
Heyva, tərkibindəki liflərlə bağırsaq xəstəliklərinə qarşı qoruyucu təsir göstərir və iltihabi bağırsaq xəstəlikləri riskini azaldır. Lifdəki kateşin və epikateşinlər, kolonda xərçəng yaradan toksinləri bağlayaraq zərərini önləyir.
9. Dəmir çatışmazlığını aradan qaldırır
Heyvadakı yüksək dəmir, mis və sink mineralları qırmızı qan hüceyrələrinin istehsalı üçün vacibdir. Dəmir çatışmazlığı olanların heyva istehlak etməsi tövsiyə olunur, çünki bu, daha çox oksigen daşınmasına və qan dövranının yaxşılaşmasına kömək edir.
10. Pis nəfəsin qoxusunun qarşısını alır
Anti-bakterial xüsusiyyətləri ilə heyva, bir çox mikroorqanizmin bədəndə çoxalmasının qarşısını alır və ağızdakı bakteriyaları yox edərək pis nəfəs qoxusunun qarşısını alır.
11. Hamiləlikdə ürək bulanmasına yaxşı təsir edir
Hamiləlikdə mədə ürək və qusma ən yaygın simptomlardan biridir. Bəzi tədqiqatlar heyvanın bu simptomları azalda biləcəyini göstərir.
12. Allergik reaksiyalara qarşı qoruyur
Heyva, allergik reaksiyaların səbəb olduğu bəzi simptomları yüngülləşdirə bilər. Heyvadakı birləşmələr burun axıntısı, allergik dəri və astma kimi problemlərlə mübarizədə kömək edir. Heyvanlar üzərində edilən tədqiqatlar heyvanln atopik dermatit müalicəsində təsirli ola biləcəyini göstərib. Yüksək C vitamini ilə iltihabı azaldaraq dəri sağlamlığını yaxşılaşdırır.
Səbinə
Qlobal.net