AZ

''Borussiya''nın yeni transferi rekordlardan doymur

''Dortmund ''Borussiya''sı Çempionlar Liqasında pley-offun ilk oyununda gözlənilmədən səfərdə ''Sportinq''i 3 cavabsız qolla darmadağın etdi.

''Football-plus.az'' xəbər verir ki, aktivinə qol və məhsuldar ötürmə yazan, eləcə də oyunun ən yaxşısı seçilən Seru Girassi bu mövsüm ÇL-dəki inanılmaz performansını davam etdirərək adını klub tarixinə yazdırdı. Ötən yay ''Ştutqart''dan transfer edilən qvineyalı forvard bu mövsüm ÇL-də iştirak etdiyi 10 qarşılaşmanın hər birində ən azı bir məhsuldar hərəkətlə fərqlənib. Son oyundakı performansı sayəsində Girassinin bu mövsüm ÇL-də göstəriciləri 10 qol, 3 məhsuldar ötürməyə çatdı. ''Borussiya''nın heyətində ilk 10 ÇL matçında buna qədər heç bir futbolçu 13 qolun vurulmasında yaxından iştirak etməmişdi! Əvvəlki rekord 10 oyuna 10 qol, 2 məhsuldar ötürməyə bərabər idi.

Bu göstəriciyə 2012/13-də Robert Levandovski və 2020/21-də Erlinq Holann nail olmuşdu. ''Arılar''ın heyətində heç kim ÇL-də bir mövsümə 10-dan artıq qol vurmayıb. Yəni Girassi gələn matçda da fərqlənəcəyi təqdirdə bu göstəricidə də adını klub tarixinə yazdıracaq.

Bundan başqa Girassi ÇL-də ardıcıl 10-cu oyunda məhsuldar hərəkətlə yadda qalaraq bu turnirin tarixi ərzində afrikalı futbolçular arasında özünə məxsus olan rekordu bir qədər də yaxşılaşdırıb.

ƏLİ

Seçilən
15
football-plus.az

1Mənbələr