AZ

UEFA-nın yeni reytinqi: "Arsenal" 14-cüdür, "Barselona" 11-ci

UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb.

Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, birinci yeri "Real Madrid" tutub. 

İkinci yerdə İngiltərənin “Mançester Siti” komandası qərarlaşıb. İlk "üçlüy"ü isə “Bayern Münhen” qapayıb. Dördüncü yerdə Premyer Liqanın lideri və Çempionlar Liqasının Liqa mərhələsinin qalibi “Liverpul” yer alıb. Fransa PSJ-si beşçincidir. 

İlk "onluğ"a həmçinin, “İnter” (İtaliya), “Roma” (İtaliya), “Borussiya Dortmund” (Almaniya), “Çelsi” (İngiltərə) və “Bayer Leverkuzen” (Almaniya) daxil olub.

“Barselona” 11-ci, “Mançester Yunayted” 13-cü, Londonun “Arsenal”ı isə 14-cü yerdə qərarlaşıb.

Seçilən
0
fanat.az

1Mənbələr