Yəmənin Husi üsyançı Ənsarullah hərəkatı Qəzza zolağına hücum edərsə, ABŞ və İsrailin hədəflərini vuracaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu açıqlama ilə üsyançıların lideri Əbdülməlik əl-Husi çıxış edib.
“Əgər amerikalılar və israillilər tiranın ABŞ prezidenti Donald Trampın hədələrinə əsaslanaraq, Qəzza zolağına hücum etmək qərarına gəlsələr, biz dərhal hərbi yolla cavab verəcəyik”, - Əl-Husi üsyançıların nəzarətində olan Əl-Məsirə televiziyasında yayımlanan çıxışında bildirib.
O vurğulayıb ki, ABŞ və İsrail fələstinliləri Qəzza zolağına yerləşdirmə planını həyata keçirməyə çalışsalar, husilər raketlər və pilotsuz uçuş aparatlarından istifadə edərək yenidən Amerika və İsrail hədəflərinə hücuma başlayacaq, həmçinin dəniz əməliyyatları keçirəcəklər.