Bakı. Trend:
Virciniyada fəaliyyət göstərən Azərbaycan Evi istedadlı vəhəvəsli könüllüləri yeni yaradılmış “CAN” Könüllülük və İnkişafProqramına qoşulmağa dəvət edir. “Birlikdə Daha Güclüyük” şüarıaltında baş tutacaq layihə icma ilə əlaqələri gücləndirmək,mədəniyyət mübadiləsini təşviq etmək, könüllülərin peşəkar və şəxsiinkişafına töhfə vermək üçün yaradılıb.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.
Bildirilib ki, proqramın hədəfi müxtəlif sahələrdən olaninsanların bir missiya altında birləşdirilməsi, icma ilə əlaqələrininkişafı, zəngin mədəni irsimizin qorunub saxlanılması, onun təbliğedilməsidir. “CAN” Könüllülər Korpusu proqrama qoşulacaq hər birkönüllüyə uğur qazanmaq üçün lazım olan mentorluq və təlimimkanları təklif edir. Birlik, güc və firavanlığı təmsil edən narisə layihənin simvolu seçilib.
Müxtəlif peşəkar və akademik təcrübəyə malik insanları proqramaqoşulmağa dəvət edən Azərbaycan Evinin koordinatoru Nigarİbrahimova xüsusilə aşağıda qeyd olunan sahələr üzrə dəstəkgöstərmək istəyən könüllülərin axtarıldığını vurğulayıb:
- Qrant yazılması: Mədəni, təhsil və sosial layihələr üçünmaliyyə vəsaitinin əldə olunmasına kömək etmək.
- Layihələrin planlaşdırılması və idarə edilməsi: İnnovativideyaları sistemli və strateji icra vasitəsilə həyata keçirmək.
- Tədbirlərin təşkili: Mədəni tədbirlər, təhsil seminarları vəşəbəkələşmə görüşlərinin təşkilinə dəstək olmaq.
- Sosial media və icma ilə əlaqələrin qurulması: Rəqəmsalvarlığı genişləndirmək və qlobal auditoriya ilə əlaqə yaratmaq.
- Tərcümə və dil dəstəyi: Çoxdilli xidmətlər vasitəsilə ünsiyyətvə əlaqəni asanlaşdırmaq.
Proqrama qoşulmaq istəyənlər Azərbaycan Evinin İnstaqramsəhifəsindəki link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://www.cognitoforms.com/AzerbaijanHouse1/CANVolunteerCorps