“Barselona”nın gənc futbolçularından biri olan Pau Cubarsi klubla yeni müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, 17 yaşlı müdafiəçi 2029-cu ilə qədər Kataloniya təmsilçisində qalacaq. Klubun rəsmi açıqlamasına görə, Cubarsinin yeni müqaviləsində sərbəst qalma məbləği 500 milyon avro müəyyən edilib.
Xatırladaq ki, Pau Cubarsi “Barselona"nın akademiyası “La Masia”dan yetişib.