AZ

“Liverpul” “Everton”la derbi oyununda tarixi ilkə imza atdı

“Liverpul” İngiltərə Premyer Liqasının 15-ci turdan təxirə salınmış “Everton”la səfər oyununda tarixi ilkə imza atıb.

Arena.az məlumat verir ki, 2:2 hesabı ilə başa çatmış oyuna “qırmızılar” başlanğıc heyətində bir ingilis futbolçu belə, olmadan meydana çıxıblar.

“Opta Sports” statistik internet-portalının təqdim etdiyi məlumata görə, bu hal “Liverpul”un tarixində ilk dəfə yaşanıb.

Niderlanlı mütəxəssis Arne Slotun “Everton”la oyuna buraxdığı başlanğıc heyətini təqdim edirik:

Qapıçı: Alison Beker (Braziliya);

Müdafiəçilər: Endryu Robertson (Şotlandiya), Vircil van Deyk (Niderland), İbraima Konate (Fransa), Konor Bredli (Şimali İrlandiya);

Yarımmüdafiəçilər: Aleksis Makallister (Argentina), Rayan Qravenberx (Niderland), Dominik Soboslai (Macarıstan);

Hücumçular: Kodi Qakpo (Niderland), Məhəmməd Salah (Misir), Luis Dias (Kolumbiya).

24 oyundan 27 xalla “Everton” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 15-ci pilləsində qərarlaşıb. “Liverpul” isə xal itkisinə rəğmən, 57 xalla zirvədəki mövqeyini qoruyub.

Seçilən
45
arena.az

1Mənbələr