Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Seymur Feyruz oğlu Həbibov 13 fevral 1986-cı ildə Şəmkir rayonunun Əliyaqublu kəndində anadan olub.
QHT.az xəbər verir ki, 2003-2004-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub, 2020-ci ilin avqust ayında isə müddətdən artıq həqiqi hərbi xidmət üçün müraciət edərək ordu sıralarına qayıdıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 1 oktyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Seymur Həbibov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!