AZ

Yer planetinə həyat kosmosdan gəlib?

Yer

Həyatın kosmosdan gələ biləcəyinə dair araşdırmalar zamanı Bennu asteroidinin elmi təhlili sensasiyalı nəticələr göstərib.

Reyting.az
-ın məlumatına görə, alimlər "OSIRIS-REx" missiyası tərəfindən Bennu asteroidindən toplanan nümunələrdə həyatın yaranmasında əsas rol oynaya biləcək üzvi birləşmələr aşkar ediblər.

Elm adamları deyirlər ki, yeni elmi nəticələr böyük ehtimalla həyatın yaranmasına səbəb ola bilən bəzi kimyəvi reaksiyaların tək Yer planetində deyil, həm də asteroidlərdə baş verdiyini göstərir. Tədqiq olunan bu nümunələrdə duzlu su və ammonyak izləri var ki, bu da həmin kimyəvi birləşmələrin ancaq Günəş sisteminin tamamilə soyuq bölgələrində yarandığını sübuta yetirir.

Bennunun özündə isə həyat üçün şərait olmasa da, tapıntılar asteroidlərin erkən dövrlərdə Yerə həyati elementləri gətirməsi ilə bağlı fərziyyələri təsdiqləyir.

Tədqiqatlar sübut edir ki, Yer üzündəki həyat elementləri təkcə maye suyu olan planetlərdə yox, həm də kosmosda yarana bilərdi. Alimlərin sözlərinə görə, bu panspermiya fərziyyəsini və həyatın kosmosdan Yer planetinə gətirilə biləcəyi nəzəriyyəsini daha da gücləndirir.

Hazırda alimlərdə olan nümunələrin təhlili davam edir və bəlkə də yaxın gələcəkdə elm adamları daha inanılmaz kəşflərlə qarşılaşacaqlar.

Oqtay QORÇU
Seçilən
10
reyting.az

1Mənbələr