AZ

İranlı səfir Petrosyanla görüşdü

İranın Ermənistandakı səfiri Mehdi Sobhani Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüşüb.

"Unikal" xəbər verir ki, Bu barədə keçmiş dövlət başçısının mətbuat katibi Arman Musinyan məlumat verib.
Görüş Ter-Petrosyanın malikanəsində baş tutub.

Təxminən saat yarım davam edən söhbət zamanı həmsöhbətlər ikitərəfli münasibətlərin hazırkı vəziyyətinə və onların dərinləşdirilməsi perspektivlərinə toxunublar.

“Prezident səfirin ötən gün keçirilən son dərəcə məlumatlı mətbuat konfransına heyran olduğunu bildirib”, - Musinyan yazıb.

Seçilən
6
unikal.az

1Mənbələr