Orenburq vilayətində iki yaşlı qız uşağı kalium permanqanat udub.
News24.az bildirir ki, bu barədə “UTV Orenburg ” Telegram kanalında məlumat verilib. Qız anası ilə birlikdə mənzildə olub. Qadının diqqəti yemək bişirməklə bağlı olanda uşaq qaçaraq başqa otağa keçib, ilk yardım çantasına yaxınlaşıb, bir paket kalium permanqanat tapıb və içindəkiləri udub. Bir müddət sonra qız ağlamağa başlayıb, qadın uşağın ağzını yuyub və təcili yardım çağırıb.
Onun həyatı və sağlamlığı hazırda təhlükə altında deyil. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Zəhraxanım Şeydayeva