![Tramp:](https://ulusum.az/uploads/posts/2025-02/331e42d04e_w1280-p16x9-2024-09-27t153333z_1399627491_rc229aaf9p3w_rtrmadp_3_ukraine-crisis-zelenskiy-usa.webp)
ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparıb və Münhen Təhlükəsizlik Konfransında amerikalı nümayəndə heyəti ilə məhsuldar görüşə ümid etdiyini bildirib.“Ulusum”.az xəbər verir ki, Tramp Truth Social-da görüşün müharibə mövzusuna həsr olunacağını və nəticələrin müsbət olacağına inandığını yazıb. O, söhbətin yaxşı keçdiyini vurğulayıb.Münhendə ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio rəhbərlik edəcək. Onların Zelenski ilə görüşü planlaşdırılır.Səidə
Diqqət Çəkənlər
Azərbaycan Ermənistandan tam təzminat tələb edir
Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə gedib
Müalicəyə tabe olmayan qan laxtalanma pozuntusu aşkar edilib