![Putin](https://ulusum.az/uploads/posts/2025-02/e96da40bbe_tr700.webp)
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp çərşənbə günü telefon danışığında Ukraynadakı münaqişənin uzunmüddətli həllinin yalnız sülh danışıqları yolu ilə mümkün olduğunu razılaşdırıblar.“Ulusum”.az xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov, danışıqlarda Ukraynada sülhün bərpa olunması mövzusunun müzakirə edildiyini açıqlayıb.Tramp döyüşlərin dayandırılmasını və problemin sülh yolu ilə həllini dəstəkləyib, Putin isə münaqişənin kök səbəblərinin aradan qaldırılmasının vacibliyini vurğulayaraq, uzunmüddətli həllin sülh danışıqları ilə mümkün olacağına razılaşıb.Tramp həmçinin, ABŞ və Rusiya komandalarının dərhal danışıqlara başlamağa və Ukrayna prezidenti Zelenski ilə əlaqə saxlayıb, bu barədə məlumat verməyə qərar verdiklərini bildirib.O, dövlət katibi Marko Rubiyo, CIA direktoru Con Retkliff, Milli Təhlükəsizlik üzrə müşavir Mayk Volts və xüsusi nümayəndə Stiv Vitkofe danışıqları idarə etməyi tapşırdığını qeyd edib. Tramp danışıqların uğurlu olacağına inanır.Səidə
Diqqət Çəkənlər
Azərbaycan Ermənistandan tam təzminat tələb edir
Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə gedib
Müalicəyə tabe olmayan qan laxtalanma pozuntusu aşkar edilib