AZ

Kiyev Ukraynasız heç bir danışıqları qəbul etməyəcək - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Ukrayna Kiyevin iştirakı olmadan Moskva ilə Vaşinqton arasında bağlanan heç bir razılaşmanı qəbul etməyəcək.

“Bu gün hər şeyin Putinin planına uyğun getməməsi vacibdir. Putin danışıqların ikitərəfli olmasını istəyir”, Zelenski deyib.

Ukrayna liderinin sözlərinə görə, müharibəyə son qoymaq üçün danışıqlar masası arxasında Avropa ölkələri də təmsil olunmalıdır.

Zelenski ABŞ prezidenti Donald Trampla dünənki söhbətinə münasibət bildirib. O bildirib ki, Trampın ilk olaraq Vladimir Putinə zəng vurmasını prioritet hesab etmir, lakin bunun onun üçün xoşagəlməz olduğunu etiraf edib.

Seçilən
16
1
buta.media

2Mənbələr