AZ

Moldovada da “Rusiya Elm və Mədəniyyət Mərkəzi” bağlanır


Moldova Xarici İşlər Nazirliyi Rusiya ilə 1998-ci ildə bağlanmış mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında sazişi birtərəfli qaydada ləğv etmək qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bununla əlaqədar olaraq, ölkənin Xarici İşlər Nazirliyinin elan etdiyi kimi, Moldovadakı “Rusiya Elm və Mədəniyyət Mərkəzi” fəaliyyətini dayandırmalıdır.
Moldova hakimiyyəti bu qərarı Rusiyanın pilotsuz təyyarələrinin ölkənin hava məkanını pozması ilə izah edib.
Qeyd edək ki, “Rusiya Elm və Mədəniyyət Mərkəzi” Kişinyovda 2009-cu ildə açılıb. “Rossotrudniçestvo”nun məlumatına görə, hər il Moldova paytaxtının minlərlə sakini və qonağı buraya baş çəkir.
Seçilən
17
yeniavaz.com

1Mənbələr