Rusiya prezidenti Vladimir Putin mayın 9-da ABŞ lideri Donald Tramp da daxil olmaqla dövlət rəhbərləri Moskvaya səfər etsə şad olardı.
Oxu24.com xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov brifinqdə bildirib.
Fevralın 12-də Putinlə Tramp arasında telefon danışığı olub.
İki lider arasında söhbət təxminən saat yarım davam edib.
Prezidentlər razılaşıblar ki, Ukraynadakı münaqişəyə son qoyulmalıdır.
Eyni zamanda, Rusiya lideri “münaqişənin əsas səbəblərini aradan qaldırmağın” tərəfdarı olduğunu bildirib və amerikalı həmkarının ABŞ və Rusiyanın birgə işləmək vaxtının yetişməsi tezisini dəstəkləyib.
Bundan əlavə, Putin Trampı Moskvaya dəvət edib. Eyni zamanda Kreml Trampın Rusiya paytaxtına dəvət edilməsinin onun Qələbənin 80-ci ildönümünə gələcəyi anlamına gəlmədiyini vurğulayıb.
Nigar